Hakan Fidan Qətərə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan 24-25 oktyabrda Qətərdə rəsmi səfərdə olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, o, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhmanla görüşəcək, həmçinin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən qəbul ediləcək.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin, xüsusilə yaxın dövrdə Dohada keçirilməsi planlaşdırılan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin Doqquzuncu Toplantısına hazırlıq məsələlərinin müzakirə ediləcəyi nəzərdə tutulur.

Bundan əlavə, Fələstindəki son hadisələr başda olmaqla, regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.