Hakimiyyət seçkiyə qədər maaşları, pensiyaları artıracaqmı?

7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirə olunan mövzulardan biri də hakim partiyanın hansı sosial paketlə çıxış edəcəyidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, ötən müddətdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük irəliləyişə nail oldu:

“Dövlətin gördüyü işlər göz qabağındadır. Əhalinin maddi vəziyyətinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət mühüm addımlar atıb. Əməkhaqları, pensiyalar və minimum əməkhaqqının artırılması, şəhid ailələrinə, qazilərə qayğı və digər məsələlər də bunu sübut edir. Növbəti günlərdə də bu proses davam edəcək.

Ceyhun Məmmədov

Pensiya və müavinətlərin, əməkhaqlarının artırılması, güzəştlərin tətbiq edilməsi kimi məsələlər dövlətin birbaşa diqqət və qayğısındadır. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilməkdə davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az