Hakan Fidan Blinkenlə telefonla danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli bildirib.

Hakan Fidan və Antoni Blinken telefon danışığında İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədəki son vəziyyət müzakirə ediblər.

Nazir Fidan HAMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi və fələstinlilərə qarşı davam edən qırğın İsrailin sülhü bərqərar etmək istəmədiyinin göstəricisi olduğunu vurğulayıb.

Türkiyə XİN-in başçısı bölgədəki gərginliyin artmasında Ankaranın narahatlığını səsləndirib və davamlı atəşkəsin təcili əldə olunmasının zəruriliyini qeyd edib.

Türkiyəli diplomat, həmçinin daimi atəşkəs üçün İsrailə təzyiq edilməli olduğunu da bildirib.