b

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Londonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsini müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, görüşdə eləcə də Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə mövzusu olub.

Xatırladaq ki, müzakirələr Ukraynanın yenidən qurulmasına dair ikigünlük beynəlxalq konfrans çərçivəsində baş tutub.

***

Ukraynanın bərpası üzrə konfransa qatılmaq üçün Londona səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə ilk təkbətək görüşünü keçirib.

Məlumata görə, görüşdə Türkiyəyə F-16 qırıcılarının tədarükü, İsveçin NATO-ya üzvlük prosesi və regional məsələlər gündəmə gəlib.

Həmçinin, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı son vəziyyətlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə mövzusu olub.

Xatırladaq ki, Hakan Fidan və Antoni Blinken sonuncu dəfə iyunun 8-də telefonla danışıblar. Blinken Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Paylaş: