HƏMAS lideri İrana gəlir – İsrailə qarşı plan

HƏMAS lideri İrana rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı HƏMAS-ın mətbuat xidməti yayıb. İranı ziyarət edəcək simanın HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə olduğu vurğulanıb.

Qeyd edək ki, bundan öncə İran XİN rəhbəri HƏMAS liderini ölkəni ziyarət etməyə dəvət etmişdi. HƏMAS İsrailin əsas düşmənlərindən sayılır. Tehranın sayəsində təşkilat 13 ildir əlaqə qurmadığı Səudiyyə Ərəbistanı ilə münasibətlərini yaxşılaşdırıb.

İlkin Həsənov
Globalinfo.az