Tiflisin Bakı və İrəvana təklifi var

“Gürcüstan Azərbaycan və Ermənistana qarşı bərabər mövqe sərgiləyir, danışıqlarda vasitəçi ola biləcəyini qeyd edir”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın “Geocase” analitika mərkəzinin rəhbəri Viktor Kipiani deyib.

“Gürcüstan vasitəçilik təşəbbüsü ilə çıxış edib, lakin buna qadir olub-olmaması mübahisəli məsələdir. Proseslərdə Rusiyanın rolunu da unutmamaq lazımdır. İndiki şəraitdə Ermənistan Avropa İttifaqına üzvlük üçün Gürcüstandan daha çox maraq göstərir. Amma biz də Qərblə münasibətləri inkişaf etdirməyi hədəfləyirik”, – Kipiani bildirib.

Ayşən Mustafa
Globalinfo.az