Günün ikinci faciəsi: daha bir körpə…

Masallı rayonunda 6 aylıq körpə faciəli şəkildə ölüb.

Globalinfo.az publika.az-a istinadən bildirir ki, hadisə Masallı şəhəri Digah küçəsində qeydə alınıb.

Fərdi yaşayış evində yaşayan 10.03.2024-cü il təvəllüdlü Nilay Tural qızı Bədəlbəyli başının uşaq arabasının konstruksiyasına keçməsi nəticəsində boğularaq ölüb.

Rayon prokurorluğunda araşdırma aparılır.