Türkiyənin “Denge” qəzetinin “Facebook” səhifəsinin “Ərdoğan vəfat etdi” başlıqlı saxta paylaşımı böyük rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, qara fonda hazırlanan paylaşım sosial şəbəkələrdə sürətlə yayılıb və bir çox istifadəçi bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölümü ilə bağlı olduğunu düşünüb. Lakin sonradan məlum olub ki, söhbət Gülşən Ərdoğan adlı Türkiyə vətəndaşından gedir.
Hadisədən sonra Aydın Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb. Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi — “ictimaiyyəti yanıltan məlumatların açıq şəkildə yayılması” ilə bağlı maddəsi ilə istintaq aparılır.
İstintaq çərçivəsində qəzetin nümayəndəsi, məsul redaktoru və müxbiri olmaqla üç jurnalist barəsində saxlanılma qərarı verilib.
Safura Bənnayeva
Globalinfo.az
