tyrk

Türkiyədə yağan güclü qardan sonra ilginc mənzərə yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

Belə ki, insanların əksəriyyəti qara bəhməz qataraq istehlak etməyə başlayıblar.

Mütəxəssislər isə bunun ciddi fəsadlar törədə biləcəyini bildirir.

“Qar yemək göründüyü qədər zərərsiz deyil. Yerdəki qar özündə heyvan nəcisi, bakteriya və parazitlər daşıya bilər. Bu, xüsusilə uşaqlar üçün ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusilə şəhərlərə yağan qar hava çirkliliyi səbəbindən işlənmiş qazlara məruz qalır. Bu qarda ağır metallar toplana və müxtəlif mikroorqanizmlər mövcud ola bilər. Buna görə də çirklənmiş qar qəti şəkildə yeyilməməlidir”, – deyə pediatr Özge Yurtseven qeyd edib.

bekmez

Günel Cəlil
Globalinfo.az 

Paylaş: