Güclü külək Qubanın dağ kəndində fəsadlar törətdi – FOTO

Güclü külək Quba rayonunun ucqar dağ kəndi olan Aydınkənddə bir sıra fəsadlar törədib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, iki fərdi yaşayış evinin dam örtüyü uçub.

Eyni zamanda bir neçə yardımçı tikililərə və tövlələrə ziyan dəyib.

Hazırda dəyən ziyan araşdırılır və fəsadların aradan qaldırılması üçün işlər görülür.