Goranboyda “TIR” “KamAZ”a çırpılıb, xeyli kömür yola dağılıb – FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “TIR” markalı yük maşını ötmə əməliyyatı edən zaman digər qoşqulu yük maşını olan “KamAZ”a çırpılıb.

Qəzadan sonra “TIR”ın yük yerində olan kömür yola dağılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.