Ermənistan ordusuna geri çəkilmək əmri verilib?

Aprelin 6-na keçən gecə Azərbaycanla şərti sərhəddə atəşkəsin pozulmasından sonra Ermənistan ordusuna geri çəkilmək əmri verildiyinə dair iddialar yayılıb. 

Globalinfo.az xəbər verir ki, Ermənistan KİV-də ölkənin Müdafiə Nazirliyinin hərbçilərə atəş açmamaqla bağlı tapşırıq verməsi barədə yazılar dərc olunub.

Bildirilir ki, MN hərbçilərə hər hansı hərəkətlilik zamanı geri çəkilməyi tapşırıb.

3-cü Ordu Korpusundakı mənbə “Haykakan Jamanak” qəzetinin sorğusuna cavab olaraq deyib ki, bu iddialar həqiqəti əks etdirmir.

“Silahlı qüvvələrə onların qarşısına qoyulan vəzifəni yerinə yetirmək, Ermənistan Respublikasının suveren ərazisini qorumaq tapşırılıb”, – açıqlama deyilir.

Ayşən Mustafa
Globalinfo.az