III Dünya müharibəsinin qarşısı belə alındı – Volodin

“Ukraynada xüsusi hərbi əməliyyatlara start verilməsi Üçüncü Dünya müharibəsinin qarşısını aldı”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Spiker Rusiyanın Avropa ilə müharibə aparmaq niyyətində olmadığını bildirib:

“Düşünün, fəlakət ola, milyonlarla insan ölə bilərdi. Ukrayna azad bir dövlət olmalı, xaricdən silahlandırılmamalıdır. Kiyev rejimi hesabat verməlidir. Biz də bu hədəflərə nail olmaq üçün çalışmalıyıq. Rusiya sülhsevər ölkədir, heç bir Avropa ölkəsi ilə müharibə etməyəcək”.

Ayşən Mustafa
Globalinfo.az