y 71

Fövqəladə Hallar Nazirliyi Gəncədə kommunal tipli yaşayış binasında yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

***17:53

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***17:02

Gəncədə bir-birinə bitişik ikimərtəbəli evlərdə yanğın başlayıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Dərhal əraziyə FHN-nin yanğınsöndürən birqadası cəlb olunub.

Gəncədə bir-birinə bitişik evlərdə yanğın başlayıb - FOTO
Gəncədə bir-birinə bitişik evlərdə yanğın başlayıb - FOTO

Paylaş: