indz tvum e or ays dahlitchum n367895 1

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyası Xarici əlaqələr daimi komissiyasının sədri vəzifəsinə Sərkis Xandanyanın namizədliyini irəli sürüb.

Globalinfo.az xəbər verir ki, namizədə suallar verilən zaman “Güclü Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan azərbaycanlıların Ermənistana gəlişi ilə bağlı sual ünvanlayıb.

Azərbaycanlılar hansı statusda günəş panelləri quraşdırmağa gəliblər?” – deputat soruşub.

Sərkis Xandanyan isə cavabında bildirib ki, əgər sual Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlaması ilə bağlıdırsa, söhbət 2025-ci ilin sentyabrında baş tutmuş səfərdən gedir.

“2025-ci ilin sentyabrında baş nazir müavinləri Mher Qriqoryan və Şahin Musafayev Azərbaycanın, daha sonra isə Ermənistanın ərazisində müxtəlif infrastrukturları araşdırıblar”, – Xandanyan deyib.

Manukyana Ermənistanın atom elektrik stansiyası ilə bağlı Azərbaycan və Türkiyədən səsləndirilən fikirlərə münasibəti də maraqlı olub. Xandanyan bildirib ki, məsələ ilə bağlı qiymətləndirməni mütəxəssislər verir:

“Mənə elə gəlir ki, bu zalda bəzən Bakı radiosunu qoşurlar. Bəlkə, Bakı radiosundan əlavə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin məlumatına da istinad edəsiniz?! Bu, 2017-ci ildə imzalanmış sənəddə də qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev nəyisə uydurmayıb. Ermənistan hökuməti də bildirib ki, ölkədəki atom elektrik stansiyası 2036-cı ilə qədər istismar oluna bilər. Yəni vaxtı çatanda bağlanmalıdır. Qiymətləndirməni mütəxəssislər verirlər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: