Füzuliyə köçürülən daha 28 ailəyə mənzillərinin açarları verildi – YENİLƏNİB

 

Oktyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Globalinfo.az-a verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə – 117 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuliyə köçürülən daha 28 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB Füzuliyə köçürülən daha 28 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB Füzuliyə köçürülən daha 28 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

***09:36

Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə daha 28 ailə olmaqla 117 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuli şəhərinə daha 28 ailə yola salınıbFüzuli şəhərinə daha 28 ailə yola salınıb