Fransada 2,3 milyon insan ayağa qalxdı: 100-dən çox polis yaralandı… – VİDEO

Fransada 1 May nümayişlərində 782 minə yaxın insan artıq qəbul edilmiş pensiya islahatına etiraz edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis bildirib ki, təkcə ölkənin paytaxtı Paris şəhərində 112 min nəfər küçələrə çıxıb. Lakin Ümumu Həmkarlar İttifaqları ölkə üzrə isə təxminən 2,3 milyon insanın nümayişlərdə iştirak etdiyi bildirib.

Parisdə keçirilən aksiya polislə toqquşmaya çevrilib. Ölkə üzrə nümayişlərin qarşısını almaq üçün 12 min, Parisdə isə 5 mindən 8 minə qədər polis səfərbər edilib.

Etiraz aksiyaları zamanı azı 108 polis əməkdaşı yaralanıb, 291 nəfər saxlanılıb. Nümayişlərdə pilotsuz təyyarələrdən istifadə olunub.

Lionda meriya binasına hücum edən aqressiv etirazçıları məhz dron vasitəsi ilə saxlanılıb.

Fransanın Strasburq şəhərində yerli sakinlər Prezident Emmanuel Makronun müqəvvasını yandırıblar. Mərasim musiqi ilə müşayiət olunub. Müqəvvanın yandırılması yerli anarxistlər tərəfindən təşkil olunub.