“Foks”dan təxribat: İstanbul “yoxa çıxdı” – FOTO

ABŞ-ın “Foks Nyus” kanalının xəbər saytında yayımlanan Türkiyə xəritəsi ciddi etiraz doğurub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Saytın hazırladığı Yaxın Şərq xəritəsinə Türkiyə daxil edilsə də, İstanbul şəhəri yer almayıb.

“Atatürk” serialını çəkən və erməni lobbisinin təzyiqləri səbəbindən yayımlamaqdan imtina edən rəqəmsal yayım platformu “Disney Plus”da kanalın nəzdində fəaliyyət göstərir. Baş verən son hadisələr “Foks Nyus”un Amerika Erməni Milli Komitəsi (ANCA) ilə yaxın əlaqələrinin olduğunu da üzə çıxarıb.