rt 41

Azov dənizində içərisində azərbaycanlıların da olduğu gəmi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, gəminin ekipaj üzvləri arasında azərbaycanlılar da olub.

Gəmi kapitanlarından birinin əslən Neftçala rayonundan Rəcəb adlı şəxsin olduğu bildirilir.

Onun taleyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Teleqraf hadisə zamanı zərər görmüş gəmidən eksklüziv görüntülər əldə edib. Görüntülərdə hücumdan sonra gəmidə yaranan dağıntılar və ekipaj üzvlərinin yaşadığı gərgin anlar əks olunub.

Xatırladaq ki, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” quru yük gəmilərinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı xəbəri yayılıb. Hücumlar nəticəsində beş nəfərin həlak olduğu deyilir.

Qeyd edək ki, həlak olmuş dənizçilər dövlət xətti ilə deyil, könüllü xidmətdə olublar.

Xaricdə müxtəlif sahələrdə çalışan azərbaycanlıların münaqişə zonalarından uzaq durmaları tövsiyə olunur. Çünki müharibə və münaqişə vəziyyətinin hökm sürdüyü ərazilərdə onların təhlükəsizliyinə heç kim zəmanət verə bilməz.

Azərbaycanlıların könüllü şəkildə münaqişələrdə iştirak etdiyinin və onların ayrı-ayrı münaqişə zonalarında həlak olması ilə bağlı məlumatların şahidi oluruq. Bunlar isə həm onların yaxınları, həm də cəmiyyətimiz üçün üzücü xəbərlərdir.

Həmvətənlərimiz belə proseslərin iştirakçısı olmaqdan çəkinməlidirlər.

rt 42

Paylaş: