Fidan Blinkenlə görüşdü: Qəzza böhranı…

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Vaşinqtonda keçirilən görüşdə Qəzzada baş verən gərginliyi dayandırmaq üçün fikir mübadiləsi aparılıb.

Bildirilib ki, görüş mətbuata bağlı şəkildə davam etdirilib.