Fidan BƏƏ Prezidenti ilə görüşdü

AA 20250505 37855547 37855546 DISISLERI BAKANI HAKAN FIDAN scaled
Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Fidanın bu səfəri Türkiyə və BƏƏ arasındakı əlaqələri daha da möhkəmləndirmək və iqtisadi, ticari, təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək məqsədi güdür. Görüş zamanı xüsusilə Orta Şərq və Şimali Afrika regionundakı mövcud geosiyasi vəziyyət, enerji sahəsindəki əməkdaşlıq və qarşılıqlı ticarət məsələləri müzakirə edilib.

Aysel Əliyeva
Globalinfo.az