Futbol üzrə 2026-cı il dünya çempionatının Meksikada keçirilən açılış mərasimi maraqlı anlarla yadda qalıb.
Globalinfo.az xəbər verir ki, mərasimdə dünyaca məşhur latın amerikalı müğənnilər, tanınmış simalar da iştirak ediblər.
Belinda adlı müğənninin çıxışı zamanı səhnədə göstərdiyi əl işarəsi isə bütün dünyada müzakirələrə səbəb olub. O, iki əlini üçbucaq şəklində birləşdirərək kameraya tutub.
Belindanın bu addımı “illuminati mesajı” kimi dəyərləndirilib. Müğənninin çıxışından əvvəl, hətta fərqli zamanlarda foto, klip, veriliş çəkilişlərində də eyni əl hərəkəti etdiyi və bunun “illuminati” simvolu kimi dəyərləndirildiyi bildirilir.
Sənətçi sözügedən hərəkəti ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Belinda Latın Amerikasının qalmaqalı müğənnilərindən hesab olunur.
I may not have known who Belinda was before today, but wow-what a fantastic pre-game performance! 🔥🎤
She brought incredible energy, stage presence, and excitement to the crowd. Football and music truly make a perfect match! ⚽🎶
🇲🇽🤝🇿🇦 pic.twitter.com/nYY4WRpAsq
— Ananda Nepali (@anandanepali99) June 11, 2026
Əliyar Xəlil
Globalinfo.az