FHN-in polkovniki yanğın barədə danışdı – VİDEO

 

Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, saat 22:48 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt Dövlət Texniki Kollecində yanğın olması barədə ilkin məlumat daxil olduğunu deyib.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri gəlib.

Yanğının binanın dam örtüyünə yayılması təhlükəsi və yataqxanada məcburi köçkünlərin yaşadığı nəzərə alınaraq hadisə yerinə əlavə qüvvələr cəlb olunub”, – deyə İdarə rəisi bildirib.

Ətraflı videoda:

Globalinfo.az