Fəzail Ağamalıdan səhhəti ilə bağlı son dəqiqə açıqlaması

Milli Məclisin deputatı Fəzail Ağamalı və xanımının səhhətində problem yaranması ilə bağlı iki gün öncə məlumat yayılmışdı. Bildirilirdi ki, o, həkim yoxlanışından keçmək üçün C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutuna müarciət edib.

Globalinfo.az deputatın durumunu öyrənmək üçün onunla əlaqə saxlayıb.

F.Ağamalı hazırda hər şeyin yaxşı olduğunu bildirib:

“Heç bir problem yoxdur. Şükür, hər şey qaydasındadır. Narahatlıq oldu deyə həkimə müraciət etdik, yoxlamalardan keçdik və problem olmadığı bildirildi. Mən də, yoldaşım da özümüzü yaxşı hiss edirik”.

Zaira Akifqızı
Globalinfo.az