Həyat yoldaşını öldürməkdə təqsirləndirilən keçmiş hakim Fəqan Əhmədovun cəzasının azaldılması ilə bağlı müraciətinə Ali Məhkəmdə baxılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə onun 7 illik həbs müddətini dəyişdirmədən saxlayıb.
Xatırladaq ki, hadisə 2021-ci ci ilin mayında Nardaran qəsəbəsi, “Ləhiş bağları”nda baş verib. F.Əhmədov birgə yaşadıqları evdə ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb. O, məhkəmədə hadisəni bilərəkdən yox, ehtiyatsızlıqdan törətdiyini bildirib. P.Əhmədovanın valideynləri də məhkəmədədə Fəqan Əhmədovu bağışladıqlarını deyiblər. İki uşağın valideynsiz qaldığı üçün ona bəraət verilməsini xahiş ediblər.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi keçmiş hakimə 10 il həbs cəzası vermiş, Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə endirmişdi.