Fədayə Laçın o evdən danışdı: Yalandır… – VİDEO

“O ev bizim deyil”.

Globalinfo.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Fədayə Laçın sosial şəbəkədə Laçın şəhərindəki dədə-baba yurdunda tikdirdiyi evlə bağlı yayılan videogörüntüyə aydınlıq gətirərkən deyib.

Sənətçi deyib ki, sözügedən evlə bağlı onun heç bir əlaqəsi yoxdur: “Kimsə paylaşıb. Həmin evin mənə aidiyyəti yoxdur. Bizim evi o vaxtı yandırmışdılar, yerində izi də yox idi”.

“İşğaldan azad olunandan sonra Laçında olmusunuzmu” sualına Fədayə Laçın belə cavab verib:

“Laçında olmamışam, amma planda var, inşallah oralar qaydasına düşsün gedəcəm”.

Qeyd edək ki, sosial şəbəkədə müğənni Fədayə Laçının Laçındakı evinin görüntüləri yayılıb. Orada işləyən ustalardan biri tərəfindən lentə alınan görüntüdə evin müğənninin doğulduğu dədə-baba yurdu olduğu deyilir.