Türkiyəli model: “İt kimi işləyib pul qazanıram”

Türkiyəli model, aparıcı, aktrisa Çağla Şikel açıqlaması ilə diqqət çəkib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, o, “İşin Aslı” verilişində heç vaxt bahalı çantaya pul vermədiyini deyib:

“Brend çantam yoxdur. Şüurlu şəkildə alış-veriş edirəm. Brend həvəskarı deyiləm… O pulu heç vaxt vermərəm, verən də versin! Bir çanta alarkən həyatımın sonuna qədər istifadə edə biləcəyəmmi deyə sual edirəm… Mən pulu çətinliklə qazanıram, it kimi işləyirəm, həqiqətən it kimi işləyirəm. O çanta mənim alnımdan tökdüyüm təri haqq etmir”.