FED uçot dərəcəsini artırdı – 16 ilin ən yüksək göstəricisi

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yenidən artırıb.

Globalinfo.az xəbər verir ki, Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclasından sonra bu gün FED-in yeni faiz qərarı açıqlanıb.

FED gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 baz bənd artıraraq yüzdə 5-5,25 aralığına çatdırıb.

Bu son 16 ilin ən yüksək göstəricisidir.