Qardaşı: “Fazil Mustafaya hücum burada, belə təşkil edilib” – VİDEO

“Təhlükəli bir şey yoxdur. Hücum qapıya çatanda olub. Pultla qapını açanda baş verib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafanın qardaşı Azər Mustafayev media və televiziyaya açıqlamasında deyib.

“Həmin an avtomatdan 7 əl atəş açılıb, 2-si ona dəyib. Yaralı vəziyyətdə evə girib, evdəkilər polisə, təcili yardıma məlumat veriblər. Evin qarşısında kameralar var, hamısı götürülüb, araşdırılır”.