Fazil Mustafanın xəstəxanadan İLK FOTOSU

Martın 28-də yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın müalicə aldığı hospitalda ilk görüntüsü yayılıb.

Görüntülər tanınmış jurnalist Mirşahin Ağayev tərəfindən paylaşılıb.

Globalinfo.az Fazil Mustafanın fotosunu təqdim edir:

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Zaira Akifqızı 

Globalinfo.az