Qəzaya düşən təyyarə haqda yeni iddia: 1,2 milyon dollar…

Yanvarın 20-də Əfqanıstanda qəzaya uğrayan Hindistana məxsus “Falcon 10” təyyarəsindən 1,2 milyon dollar oğurlandığı məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Təyyarədəki rusiyalı iş adamı və həyat yoldaşının ölümü ilə nəticələnən qəzanın baş verdiyi Bədəxşan vilayətinin qubernatoru məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Xatırladaq ki, qəza zamanı təyyarədə 2-si sərnişin, 4-ü ekipaj üzvü olmaqla 6 nəfər yer alıb. Ölənlərin tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı olduğu açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az