Avropa İttifaqının ən bədbəxt ölkəsi bəlli oldu

Bolqarıstan növbəti dəfə Avropa İttifaqının ən bədbəxt ölkəsi kimi tanınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin (Eurostat) məlumatlarında qeyd edilib.

Tədqiqat zamanı məlum olub ki, 2022-ci ildə sorğuda iştirak edən bütün avropalılar arasında həyatdan ümumi məmnuniyyətini on ballıq şkala üzrə 6 baldan az – 5,7 kimi qiymətləndirən yeganə bolqarlar olub. Mütəxəssislər müəyyən ediblər ki, almanlar hazırkı yaşayış səviyyəsindən o qədər də razı deyillər – orta hesabla 6,5 ​​bal. Reytinqdə birinci yeri Avstriya tutub – bu Avropa ölkəsinin sakinləri xoşbəxtlik səviyyələrini 7,9 bal səviyyəsində qiymətləndiriblər. İkinci yeri Rumıniya, Polşa və Finlandiya bölüşüb – 7,7 xal.

Analoji tədqiqatın nəticələri yazda BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan Dünya Xoşbəxtlik Hesabatında təqdim edilib. O zaman Finlandiya əhəmiyyətli fərqlə birinci yeri tutmuşdu.