Etirazçılar İsrail parlamentinə basqın etdilər: “Siz burada otura bilməzsiniz”

İsrailli girovların qohumları parlament komissiyasının iclasına daxil olmağa çalışıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında Həmas tərəfindən girov götürülən İsrail vətəndaşlarının yaxınları parlamentin Maliyyə Komitəsinin iclasına basqın ediblər.

Etirazçılar girovların azad edilməsi ilə bağlı tələblərini hökumətə çatdırıblar:

“Uşaqlarımız ölümlə üz-üzə olan bir vaxtda siz burada otura bilməzsiniz”, – deyə etirazçılar qışqırıblar və deputatları girovlar üçün fidyə verməyə çağırıblar.

Onlar hökumətin buraxılmasını da təklif ediblər.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu etirazçılarla görüşüb. Görüş zamanı o, girovların Həmas əsirliyindən azad edilməsi ilə bağlı real təklifin olmadığını bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı Həmas yaraqlıları 1200-dən çox insanı qətlə yetiriblər, 240-a yaxın İsrail vətəndaşı isə girov götürüb.

Əliyar Xəlil,

Globalinfo.az