Ermənistan Baş Prokurorluğu azərbaycanlı hərbçilərə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Teleqram kanalları yayıb.
Məlumata görə, azərbaycanlı əsirə xəsarət yetirən iki kənd sakininin qohumları artıq bunun üçün vəkil axtarırlar. Onların bir müddət öncə Azərbaycan bayrağını yandırdığına görə saxlanılan erməni stilist Aram Nikolyanı müdafiə etmiş vəkil Aleksandr Koçubayevə çıxış axtardıqları bildirilib.
Qeyd edək ki, bundan öncə iki azərbaycanlı əsgər azaraq Ermənistan ərazisinə daxil olublar. Əsir götürülən əsgərlərə işgəncə verilib, ardınca sərhədi qanunsuz keçmək, eləcə də ölkə ərazisində cinayət törətmək ittihamı irəli sürülüb.
İlkin Həsənov
Globalinfo.az