Suriyada devrilmiş prezident Bəşər Əsədin işgəncə otaqları aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti araşdırma yayımlayıb.
Nəşrin əməkdaşları ata və oğul Əsədin hakimiyyəti dövründə minlərlə insanın edam edildiyi, yandırıldığı, işgəncələrə məruz qaldığı, zorlandığı Sednaya həbsxanasında olublar:
“İşgəncə bazası”ndakı dar və üfunət qoxulu kameraları gəzdik. Əsəd rejiminin süqutundan sonra xeyli insan Sednaya həbsxanasına axın etdi. Onların yalnız bir məqsədi var idi – yaxınlarının sağ və ya ölü olduğunu öyrənmək.
Burada cəsədlərin preslənməsi üçün alətlər, qanlı kəndirlər, işgəncə maşınları, edam otaqları var idi. Hətta edam olunanların cəsədlərinin yandırıldığı otaq var idi”.
“Hürriyyət” yazır ki, burada təknəfərlik kamerlara da işgəncə aləti kimi hazırlanmışdı:
“Həmin kameraların hündürlüyü 1 metr idi. Ora atılan insan ayağa qalxa və ya uzana bilmirdi. Yerin altında yaradılmış bu kameralar dəhşətli idi”.
Əsəd rejiminin işgəncə otaqlarından görütüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az