ersin tatar baki

Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycana gəlib.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyətini ŞKTR Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Fikri Ataoğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Ferit Caferov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, ŞKTR-nin Azərbaycan nümayəndəsi Ufuk Turqaner, general-leytenant Bəxtiyar Ersay tərəfindən qarşılanıb.

Səfər 3 gün davam edəcək. Tatar səfər çərçivəsində “ŞKTR Mədəniyyət və Tanıtım Günləri” tədbirinin açılışına qatılacaq, ADA Universitetində konfrans verəcək və mətbuat mənsubları ilə görüşəcək.

Tatarla yanaşı Azərbaycana ŞKTR Baş naziri Ünal Üstel, iş adamları, turizm mütəxəssisləri, universitet nümayəndələri və investorların da olduğu 200 nəfərlik heyət gəlib.

***12:19

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün Azərbaycana səfər gəlir.

Globalinfo.az bildirir ki, onun günorta saatlarında Bakıda olacağı gözlənilir.

1697112137 thumbs b c 3979294a1c072bc40fb7f7e02c8ce9a51697112091 08 nisan 05 eylul 06 aa 32381269

1697112099 08 nisan 05 eylul 06 aa 32381271

Paylaş: