Ermənistanla Azərbaycan arasındakı delimitasiya prosesi başladı

Ermənistan tərəfindən Azərbaycana təhvil veriləcək Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Günən) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəliblər:

“Kənddə çox sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaqlar”, – deyə o qeyd edib.

Şaqinyan kəndlilərin ərazidə gərginlik yaratdığını, lakin yolu bağlamadığını, əlavə maneələr törətmədiyini vurğulayıb.