“Əgər biz bu şəxsin baş nazir olmasına dözsək, millət, dövlət olaraq yaşaya bilməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Dövlətlər daxildən dağılırlar, xarici təhdidlər prosesi yalnız sürətləndirir. İndi biz bu adama və onun ətrafına imkan verərək daxilən məhv oluruq. Qarabağdan sonra orada yaşaya biləcəyimizi düşünməyin, daxili düşmənçiliyimiz bütün “qırmızı xətləri” keçəcək və vahid şəkildə mövcudluğumuza imkan verməyəcək”, – o bildirib.
Tamerlan Yayaqan
Globalinfo.az