Ermənistanı Rusiyaya birləşdirən yeganə yol açıldı

Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – Yuxarı Lars sərhəd-keçid məntəqəsi açılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bir müddətdir təhlükəli vəziyyət ehtimalına görə bağlı olan yolun artıq bütün maşınların keçidi üçün açıldığı bildirilir.

Qeyd edək ki, Yuxarı Lars yolunun bağlanması nəticəsində Ermənistandan yük daşıyan bir çox TIR-ın keçidinə maneə yaranmışdı. Bu məsələ iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

Əliyar Xəlil
Globalinfo.az