“Ermənistandakı hakim rejim bu gün də sülh prosesinin mahiyyətini dərk etmir”

“İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minaların miqdarına görə bu gün Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Təəssüf ki, Ermənistandakı hakim rejim bu gün də sülh prosesinin mahiyyətini və tarixi əhəmiyyətini dərk etmir, revanşizm hissləri ilə yaşayır, reallıqlardan nəticə çıxara bilmir” – o deyib.