pasik

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki qanunvericiliyinə dair planlaşdırılan dəyişikliklərlə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə brifinq zamanı danışıb.

Paşinyan bildirib ki, ölkədə yeni seçkilərin keçirilməsi planlaşdırılmır:

“Burada məsələ belədir: seçkilərdən əvvəlki dövrdə həm vətəndaş cəmiyyəti, həm də seçki kampaniyası zamanı vətəndaşlarımız bu məsələni davamlı şəkildə gündəmə gətirirdilər.

Mən prinsipcə seçkilərdən əvvəl belə dəyişikliklərin edilməsinin əleyhinə idim, çünki bu, suallar yarada bilərdi.

Lakin eyni zamanda vəd etmişdim ki, seçkilərdən dərhal sonra bunu edəcəyik. Buna görə də verdiyimiz sözləri tez bir zamanda yerinə yetiririk ki, insanlar arasında “niyə bu dəyişikliklər edilmir?” sualı qalmasın.

Məqsəd seçki prosesi ilə bağlı qaydaların dəyişdirilməsi ilə bağlıdır və bu, yeni seçki təşəbbüsü demək deyil”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: