Ermənistanda bələdiyyə seçkiləri ilə əlaqədar hüquq-mühafizə orqanlarına qanun pozuntuları barədə 29 məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saat 14:00-a qədər qeydə alınan müraciətlər əsasında 6 nəfər nəzarətə götürülüb.
Qeyd olunub ki, seçki prosesi zamanı baş verdiyi iddia olunan digər pozuntularla bağlı 121 müraciət isə hazırda araşdırma üçün müvafiq qaydada işlənir.
Safura Bənnayeva
Globalinfo.az