Ermənistanda hərbi hissə komandiri həbs edildi

Ermənistan Müdafiə Nazirliyinin iqtisadi bazasının hərbi hissəsinin komandiri təxminən 50 min dollar məbləğində rüşvət alarkən həbs edilib.

Globalinfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, yüksək rütbəli zabit anbar rəisi vasitəsilə “Masis” tikiş fabrikinin rəhbərliyinə əsgərlərin geyimlərində kiçik ölçüdən istifadə olunması üçün rüşvət verib.

Onlar iyulun 13-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin və Müdafiə Nazirliyinin hərbi polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Onlara qarşı müvafiq olaraq, xüsusilə külli miqdarda rüşvət almaq və vermək, habelə rüşvət vermə və almağa köməklik etmək ittihamı irəli sürülüb.

İstintaq tədbirləri davam etdirilir.