Ermənistanda hərbçilər birləşir: hədəfdə Paşinyan var

Ermənistanda hərbçilər yeni təşkilat yaradırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə təşəbbüsçü kimi çıxış edən Könüllülər, polis və rezerv hərbçilər assosiasiyası məlumat yayıb.

Təşkilatçılar bildiriblər ki, onlar vahid məqsəd uğrunda birləşmək niyyətindədirlər.

“Sizi bu hakimiyyətə itaətsizliyə çağırıram. Biz cari hökuməti istefaya məcbur edəcəyik. Müvəqqəti hakimiyyət formalaşdırılmalı, ədalətli seçkilər keçirilməlidir”, – bəyanatda qeyd edilib.

Tamerlan Yayaqan
Globalinfo.az