irevan 1 900x563 1

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə böyük bazarı itirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Norayr Dunamalyan deyib.

Politoloqun sözlərinə görə, Ermənistan ilk növbədə nəhəng Rusiya bazarını itirəcək:

“Ölkənin ümumi daxili məhsulu 5-6 faiz azala bilər. Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi təşkilatdan çıxacağı təqdirdə əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa, çoxsaylı erməni biznesləri Rusiya bazarı ilə sıx bağlıdır. Uzunmüddətli perspektivdə Ermənistanın Aİİ-dən çıxması ölkənin bütün iqtisadiyyatına mənfi təsir göstərə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: