
Ermənistan vətəndaşına pasportunda Ağrı dağı formasında imza olduğu üçün sosial kart verilməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni ekspert Naira Zöhrabyan sosial media hesabında paylaşım edib.
“Miqrasiya və Vətəndaşlıq Xidmətinin Nor-Nork şöbəsi vətəndaşa ağlasığmaz səbəbdən dolayı sosial kart verməkdən imtina edib. Müraciət edən şəxsin pasportundakı imzası Ağrı dağı formasında olub. Vəsiqəni diqqətlə gözdən keçirən şöbə müdiri 40 yaşlı vətəndaşa deyib ki, “Bu, artıq problemdir”. Təbii ki, vətəndaş 40 illik imzasını dəyişməkdən imtina edib və nəticədə sosial kartsız qalıb.
İlk dəfədir, deməyə söz tapmıram”, – Zöhrabyan əlavə edib.
Qeyd edək ki, Ermənistanda tez-tez Türkiyənin Ağrı dağına ərazi iddiası irəli sürülür. Rəsmi İrəvan son vaxtlar Ankara ilə münasibətləri normallaşdırmaq üçün bu iddiadan geri çəkildiyini bəyan edib.
Aysel Əliyeva
Globalinfo.az