İrəvan Roma Statutunu ratifikasiya etdi

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin 3 oktyabr tarixli iclasında qərar qəbul edilib.

Müxalifət deputatlarının etirazlarına baxmayaraq iqtidaryönümlü qüvvələr yekdilliklə ratifikasiyanı təsdiqləyiblər.

Bəzi müxalif deputatlar səsvermə zamanı zalı tərk edib.

Ayşən Mustafa
Globalinfo.az