Ermənistan ordusuna yararsız sursatlar satan silah baronu yenidən həbs edilir

Ermənistanın Apellyasiya Məhkəməsi Antikorrupsiya Məhkəməsinin David Qalstyan (“Patron Davo”) barədə qərarını ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə D.Qalstyanın vəkili Armen Arutyunyan bildirib.

Qərara əsasən onun zaminə buraxılması ləğv edilib və nəticədə David Qalstyan yenidən həbs ediləcək.

Xatırladaq ki, biznesmen David Qalstyanın “Patron Davo” ləqəbi ilə tanınır.

Xaricdə qeydiyyatdan keçən bir şirkətin idarə heyətinin sədri kimi David Qalstyan həmin şirkətin direktoru A.B. ilə əvvəlcədən əlbir olaraq külli miqdarda vəsaitin mənimsənilməsi üçün Ermənistan Müdafiə Nazirliyi ilə 1983-1986-cı il istehsalı olan toplar üçün mərmi tədarükü barədə müqavilə bağlayıb. Lakin bağlanmış müqavilənin tələblərinə cavab verməyən, daha dəqiq desək, 1977-ci ilin Çexiya topları üçün mərmilər tədarük edilib.

Əliyar Xəlil
Globalinfo.az