ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson dünən Ermənistanda sanksiyaya məruz qalmış məhsulların Rusiyaya reeksportu məsələsini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Verelq” informasiya portalı öz mənbələrinə istinadən yayıb.
Sayt bu barədə məlumatın hökumətin yayımladığı press-relizdə yer almadığını bildirib:
“O, erməni hökumətinə birbaşa dedi ki, hətta Ermənistana idxal olunan məişət texnikasının çiplərini ABŞ-ın mütəxəssisləri Rusiyanın Ukraynadakı silahlarında tapırlar. Onların buna necə nəzarət etdiyi hələlik bəlli deyil.
Siyasətimizin yekun hədəfi Rusiyadan Ermənistanın iqtisadi asılılığını azaltmaqdır. Yalnız bundan sonra Ermənistan müstəqil xarici siyasət yürüdüb Qərblə yaxınlaşa bilər”.
İlkin Həsənov
Globalinfo.az