Ermənistan MN-in keçmiş binası belə partladıldı – VİDEO

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. 

Globalinfo.az xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib.

Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilinin yerində komitənin inzibati binasının inşa edilməsi və xarici iqtisadi fəaliyyət mərkəzinin yaradılması planlaşdırılır.

Qeyd olunur ki, 2022-ci ilin yayından evsiz qalan aztəminatlı ailələr boş olan bu binaya köçməyə başlayıblar. Buna baxmayaraq, ailələr 2023-cü ilin fevralında binadan çıxarılıb.